Modern.az

“Azərbaycanda seks turizmi inkişaf edir” - Deputat

“Azərbaycanda seks turizmi inkişaf edir” - Deputat

3 May 2019, 13:10

"Azərbaycanda yavaş-yavaş seks turizmi inkişaf edir. Biz Tailandla, digər ölkələrlə yarışa girmək istəyirik?!".

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı deputat Araz Əlizadə deyib.

 

O bildirib ki, Rusiyada çoxmərtəbəli binalarda hostellərin araşdırılmasına icazə verilib :

 

"Ancaq gördülər ki, həmin hostellərdən fərqli məqsədlər üçün istifadə edilir. Ona görə də yalnız birinci mərtəbədə hostellər yaradılmasına icazə verildi. Həmin hostellərə giriş də fərqli olmalıdır. Azərbaycanda da bunu etmək lazımdır ki, çoxmərtəbəli binalar əxlaqsızlıq yuvasına çevrilməsin".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU