Modern.az

İdmançımız dünya çempionu oldu

İdmançımız dünya çempionu oldu

3 May 2019, 13:21

Azərbaycan triatlonçusu Rostislav Pevtsov akvatlon üzrə dünya çempionu olub.

Modern.az xəbər verir ki, Azərbaycan Triatlon Federasiyasından bildiriblər ki, idmançımız İspaniyanın Pontevedra şəhərində keçirilən dünya çempionatında bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

R.Pevtsov həm də payızda ABŞ-ın San-Dieqo şəhərində keçiriləcək Dünya Çimərlik Oyunlarına vəsiqə qazanıb.

R.Pevtsov yarışın 1 kilometrlik su mərhələsini 12 dəqiqə 54 saniyəyə başa vurub. O, yarışın 2,5 kilometr məsafəyə qaçış mərhələsində isə 14 dəqiqə 59 saniyəlik nəticə göstərib.

İdmançımız 57 triatlonçunun mübarizə apardığı yarışı 28 dəqiqə 57 saniyəlik nəticə ilə başa vurub.


Novruz NOVRUZLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU