Modern.az

Deputat: “Rusiya türk dünyasının birləşməsinə maneədir”

Deputat: “Rusiya türk dünyasının birləşməsinə maneədir”

3 May 2019, 13:23

Bu gün 3 may Türkçülük Günüdür. Lakin hazırda Azərbaycan və Türkiyədəki milliyyətçi ictimaiyyət arasında daha çox populyar olan versiya başqadır. Bu bayramın qeyd olunmasının səbəbi Türkiyənin tanınmış ideoloqu Hüseyn Nihal Atsızın üzərində keçirilən məhkəmə prosesi ilə bağlıdır.

 

İrqçilik iddiası ilə  Sabahattin Ali tərəfindən məhkəmələrə çəkilən şairin üzərindəki proseslərdən birində -  3 may 1944-cü ildə böyük etiraz nümayişi olub.  Sonradan "Ankara nümayişi" adını alan həmin yürüşü anmaq məqsədi ilə qutlamalar olub.

 

İlk dəfə 3 may 1945-ci ildə türk dünyasının böyük isimləri  Nihal Atsız, Zeki Velidi Togan, Nejdet Sançar ve Reha Oğuz Türkkan başda olmaqla, 10 məhkum  tərəfindən Tophane Hərbi həbsxanasında qeyd edilib. 

 

1954-cü ildən etibarən bu gün Nihal Atsızın təşəbbüsü ilə Türkçülük Günü kimi qeyd olunmağa başlayıb. Alparslan Türkeş Milliyyətçi Hərəkat Partiyasını qurandan bu günə qədər 3 may daha geniş şəkildə keçirilir. 

 

Deputat Fazil Mustafa Modern.az-a deyib ki, türk dünyası dedikdə gözümüzün önündə böyük bir düha, sonsuz bir cahan, yenilməz bir qüvvə canlanır.

 

“Hazırda türklərin sayı 210 milyondan çoxdur”-deyə deputat bildirib.

 

Fazil Mustafa bildirib ki, türk xalqlarının birləşməsi üçün aparıcı dövlətə ehtiyac var.

 

“Lakin belə bir dövlətimiz yoxdur. Türkiyə isə tam bölgə dövləti olaraq hələki gücünü ortaya qoya bilmir. Birləşdirici missiyanı  gerçəkləşdirmək  üçün  isə Rusyiadan güclü bir dövlət olmalıdır ki, Rusiyanın nüfuzunda olan türk xalqlarını bir araya gətirə bilsin. Hazırda türk xalqları da birləşməyə hazır vəziyyətdədir, lakin böyük əksəriyyət Rusiyadan aslıdır ”-deyə F.Mustafa əlavə edib.

 

Nuranə DAXİLQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU