Modern.az

Azərbaycanda orqanların qanunsuz köçürülməsi ilə bağlı 3 fakt qeydə alınıb

Azərbaycanda orqanların qanunsuz köçürülməsi ilə bağlı 3 fakt qeydə alınıb

3 May 2019, 13:33

“Uşaq əməyinin istismarının qarşısının alınması ilə 14 dövlət qurumu ilə əməkdaşlıq edirik. Demək olar ki, bu istiqamətdə ciddi tədbirlər həyata keçiririk”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2018-ci il üzrə illik məlumatının müzakirəsi zamanı Daxili İşlər nazirinin birinci müavini Vilayət Eyvazov deyib.

 

O bildirib ki, 2005-ci ildən insan orqanlarının qanunsuz transplantasiyası ilə bağlı 3 fakt qeydə alınıb:

 

“Bəzi hallarda böyrək və digər orqanlarının satışı ilə bağlı məlumatlar yayılır, bu faktlar yoxlanılır, amma təsdiqini tapmır. Hazırda Azərbaycanda belə hal baş vermir”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU