Ekologiya və Təbii Sərvətlər Nazirliyi Göygöl Milli Parkının ərazisində turistlərə iaşə xidməti göstərilməsi üçün sahibkarlara suvenir və hədiyyələrin, ayaqüstü qida məhsullarının satışı məqsədilə yüngül taxta və dəmir konstruksiyalı köşklərin qurulmasını təklif edir.
Modern.az xəbər verir ki, bu sözləri Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə mayın 3-də keçirilən mətbuat konfransında deyib.
Departamentin direktoru bildirib ki, maraqlanan sahibkarlar may ayının 31-dək nazirliyə müraciət edə bilərlər.
Daha ətraflı məlumatı isə nazirliyin rəsmi internet səhifəsinin (www.eco.gov.az) “Elanlar” bölməsindən əldə etmək mümkündür.