Modern.az

Rusiya Türkiyəyə verdiyi sözü tutmadı

Rusiya Türkiyəyə verdiyi sözü tutmadı

3 May 2019, 20:47

“Rusiya Türkiyəyə verdiyi sözü tutmadı”.  Modern.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

 

Onun sözlərinə görə, Ankara və Moskva razılıq əldə edib ki, Rusiyanın vasitəçiliyi ilə YPG silahlıları Suriyanın Tel-Rifat rayonunu tərk edəcək:

 

“Təəssüf ki, YPG silahlıları rayonda qalmaqdadır və müntəzəm olaraq Türkiyə ordusunun azad etdiyi əraziləri atəşə tutur”.

 

Nazir qeyd edib ki, ümumilikdə, Türkiyə və Rusiyanın Suriyada birgə fəaliyyəti regionda sülh və sabitliyin təminatına yönəlib.

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək