Bəzi mətbu orqanlarda yer alan məlumata görə, 2012-ci ildə Azərbaycanda benzinin qiyməti 2 dəfə bahalaşacaq.
Milli Məclisin İqtisadi siyasət komitsinin üzvü Əli Məsimli Modern.az saytına açıqlamasında bildirib ki,dünyada baş verən proseslərin fonunda, yaxud da Azərbaycan iqtisadiyyatının tendensiyalarının fonunda benzinin qiymətinin artırılmasına ehtiyac yoxdu:
“Amma Rusiyada belə bir addım atıblar. Azərbaycan hökuməti də çox təəssüflər olsun ki, həmişə Rusiyanın pis nümunələrini təkrar etməyi xoşlayır. Buna görə də Rusiyadakı artımın bizdə təkrar olunması yalnız bir psixoloji amil ilə bağli ola bilər ki, onlarda artıb, bizdə niyə artmasın... Hökumətdə müəyyən adamlar ola bilər ki, heç bir məntiqə sığmayan, Rusiyada olan belə prosesləri Azərbaycanda təkrar olmasının bir növ adətkardırlar. Ümumiyyətlə, iqtisadiyyatda gedən proseslərdə benzinin qiymətinin artırılmasına zərurət yoxdu. Çünki 10% maaşlar artırılıb və bunun müqabilində işbazlar elə əhalinin ən çox işlətdiyi istehlak mallarının qiymətlərini qaldırıblar. Bu artım əhalinin əlavə vəsait almasına deyil, həmin işbazların cibinə axır. Belə bir şəraitdə hansısa qiymətin qalxmasına ehtiyac yoxdu. Benzinin qiyməti qalxsa, bütün məhsulların qiyməti qalxmalıdır. Belə olduqda isə maaşlar da qalxmalıdır. Əks halda az təminatlı ailələrin güzaranına bu məsələ mənfi təsir göstərərcək”.
Modern.az