Modern.az

Köçkünlər üçün əmək yarmarkası keçiriləcək

Köçkünlər üçün əmək yarmarkası keçiriləcək

4 May 2019, 15:47

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə məcburi köçkünlərin kompakt yaşadığı ərazilərdə aktiv məşğulluq tədbirləri davam etdirilir.

 

Modern.az-ın məlumatına görə, növbəti belə tədbir kimi, gələn həftə Abşeron rayonunda məcburi köçkünlər üçün əmək yarmarkası keçiriləcək.

 

Rayonda məcburi köçkünlər üçün inşa olunmuş  yeni yaşayış kompleksində təşkil olunacaq yarmarkada işsiz və işaxtaran şəxslərə  özəl və dövlət müəssisələrində olan vakant iş yerləri təqdim ediləcək. Dövlət Məşğulluq Xidmətinin həyata keçirdiyi layihələr barədə də məlumatlar veriləcək. Ümumilikdə yarmarkada 70-dək müəssisənin iştirak edəcəyi gözlənilir.

 

Əmək yarmarkasının keçirilməsində əsas məqsəd həssas kateqoriyalardan olan məcburi köçkünlərin məşğulluğuna dəstək göstərməkdir.    

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU