Modern.az

İnam Kərimov: “Əli İnsanovun yerinə kim olsaydı, özünü asardı”

İnam Kərimov: “Əli İnsanovun yerinə kim olsaydı, özünü asardı”

4 May 2019, 18:24

"Ümumiyyətlə hesab etmirəm ki, qeyd etdiyiniz şəxs sual mövzusu olmağa layiqdir. Amma indi ki sualı vermisiniz, mən də istərdim ki, bu suala bir kənd təsərrüfatı naziri kimi deyil, sadə bir Azərbaycan vətəndaşı kimi cavab verim".

Modern.az-ın məlumatına görə, bu sözləri kənd təsərrüfatı naziri İnam Kərimov jurnalistlərin sabiq səhiyyə naziri Əli İnsanovla bağlı suallarını cavablandırarkən bildirib.

İ.Kərimov qeyd edib ki, Əli İnsanov vaxtilə Heydər Əliyevin ən yaxın tərəfdaşlarından olub, onun xidmətində olub:

"Biz bilirik ki, Heydər Əliyev böyük insan olub, bütün səhvləri bağışlayıb, yalnız bir səhvi bağışlamayıb. Bağışlamadığı yeganə şey - xəyanətdir. Əli İnsanov Heydər Əliyevə xəyanət edib. Heydər Əliyevin ruhuna xəyanət edib. Ona görə hesab edirəm ki, Cənab Prezident çox böyük, müdrik bir addım atıb - Əli İnsanovu öz-özü ilə mübarizəyə buraxıb. Xəyanətkar Əli İnsanov və Heydər Əliyevçi Əli İnsanovu".

"Düşünürəm ki, Əli İnsanovun yerinə başqa bir insan olsaydı, boğazındakı kəfəni çatı edib, özünü asardı. Amma o bu günə kimi onu etməyib. Hesab edirəm ki, Əli İnsanov artıq özünü ifşa etmiş insandır",- deyə nazir bildirib

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi