Modern.az

Sumqayıtda kütləvi dava

Sumqayıtda kütləvi dava

Aktual

4 May 2019, 20:59

Sumqayıt şəhərinin kafelərinin birində kütləvi dava olub, xəsarət alan var.

 

Modern.az  ONA-ya istinadən xəbər verir ki, dava şəhərin Niyazi küçəsində fəaliyyət göstərən kafelərdən birində  baş verib.

Belə ki, obyektdə sifariş edilən pivənin hesabını vermək istəməyən şəxslərlə digər qrup arasında düşən mübahisə dava ilə nəticələnib. Dava zamanı kafenin infrastrukturuna ziyan dəyib, kafedə xadimə işləyən bir qadın isə xəsarət alıb.

 

Qadına təcili tibbi yardımın əməkdaşları tərəfindən tibbi yardım göstərilib.

 

Faktla bağlı polis tərəfindən araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi