Modern.az

“Bakı Marafonu 2019” un maraqlı anlarından fotosessiya

“Bakı Marafonu 2019” un maraqlı anlarından fotosessiya

5 May 2019, 15:45

Paytaxt Bakı və Azərbaycanın müxtəlif bölgələrinin sakinləri, ayrı-ayrı ölkələrdən yarışa gələnlər, müxtəlif yaşda olanlar - 22 320 nəfər. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Bakıda 4-cü dəfədir keçirilən “Bakı Marafonu 2019” Dövlət Bayrağı Meydanından start götürüb və  Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edib.

 

Modern.az xəbər verir ki, “Küləyə qalib gəl” şüarı ilə keçirilən marafon idman və sağlam həyat tərzini təbliğ etməklə yanaşı, həm istirahər günü iştirakçılara xoş əhval-ruhiyyə yaşadıb. İştirakçıları marşrut boyu dəstək qrupları, DJ və barabançılar finişə çatmağa ruhlandırıb.

 

Marafonda dövlət rəsmiləri, ictimai-siyasi xadimlər, tanınmış incəsənət nümayəndələri  iştirak ediblər.

 

Builki marafona Heydər Əliyev Fondunun dəstəyi ilə protezlərlə təmin olunmuş bir qrup Qarabağ müharibəsi əlili də qoşulub.

 

İştirakçıların yaddaşına küləyə qalib gəlmək iddiasında olanların coşqusuyla həkk olunan “Bakı Marafonu 2019”undan fotosessiyanı təqdim edirik:

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?