Modern.az

“Qarabağ” 7-ci dəfə Azərbaycan çempionu oldu

“Qarabağ” 7-ci dəfə Azərbaycan çempionu oldu

5 May 2019, 20:01

"Qarabağ" klubu Azərbaycanın futbol üzrə Topaz Premyer Liqasının 2018/2019 mövsümünün çempionu olub.

 

Modern.az xəbər verir ki, Premyer Liqanın 27-ci turu çərçivəsində Ağdam klubu Tofiq Bəhramov adına Respublika Stadionunda "Səbail" klubunu qəbul edib.

 

Oyun "Qarabağ"ın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Beləliklə, "Qarabağ" xallarınin sayını 63-ə çatdıraraq ən yaxın izləyicisi olan "Neftçi" (58 xal) 5 xal qabaqlayıb. Bununla da Ağdam klubu çempionatın yekunlaşmasına 1 tur qalmış çempionluğa nail olub. Bununla da  “Qarabağ” 7-ci dəfə Azərbaycan çempionu olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran Netanyahunun evini VURDU