Modern.az

Moskvada yanan təyyarədə 13 nəfər öldü - FOTO, VİDEO, YENİLƏNİB

Moskvada yanan təyyarədə 13 nəfər öldü - FOTO, VİDEO, YENİLƏNİB

5 May 2019, 21:28

Moskvanın "Şeremetyevo" hava limanında təyyarə qəzası zamanı 13 nəfər ölüb.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, "Aeroflot" aviaşirkətinə məxsus "Superjet" tipli sərnişin təyyarəsinin qəza enişi zamanı yanması nəticəsində 13 nəfər həyatını itirib.

 

***

 

Moskvanın Şeremetyevo hava limanında təyyarə yanıb.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki,  “Moskva – Murmansk” reysi ilə hərəkət edən sərnişin təyyarəsi eniş zamanı yanmağa başlayıb.

 

Hadisə zamanı təyyarədə 72 sərnişin, 6 ekipaj üzvü olub. Sərnişinlər təxliyə edilib, onlardan 6 nəfəri xəsarət alıb.

 

Hadisə yerinə təcili yardım maşınları cəlb edilib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran Netanyahunun evini VURDU