Modern.az

Salyanda məktəblilər olan mikroavtobus aşdı - Ölən və yaralananlar var

Salyanda məktəblilər olan mikroavtobus aşdı - Ölən və yaralananlar var

Aktual

6 May 2019, 10:02

Səhiyyə Nazirliyi Salyanda mikroavtobusun qəzaya düşməsi ilə bağlı məlumat yayıb.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, 1 uşaq aldığı xəsarətlərdən yerində dünyasını dəyişib.

 

Biri sürücü olmaqla 7 nəfər müxtəlif xəsarətlərlə Salyan Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Onlardan 6-sının vəziyyəti normal, birinin vəziyyəti isə ağır stabil qiymətləndirilir.

 

Qeyd edək ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. “Vita” markalı avtobus idarəetməni itirərək yoldan çıxıb və aşıb.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır