Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi, təqaüdçü general İlker Başbuğ yanvarın 5-də prokurorluğun istintaqından sonra gizli təşkilat idarəçiliyində günahlandırılmaqla həbs olunma tələbiylə məhkəməyə verilib.
Modern.az Türkiyə mətbuatına istinadən bildirir ki, Başbuğu “İnternet andıcı” adlandırılan və ordu tərəfindən AKP-yə qarşı təbliğat aparmaq üçün bir sıra internet saytlarının qurulmasını nəzərdə tutan planın təşkilatçılığında ittiham edirlər.
Son məlumata görə, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi İlker Başbuğ məhkəmə zalından birbaşa həbsxanaya göndərilib. O, dövlət çevrilişi etmək planının hazırlanmasında və dövlət orqanlarının vəzifələrini yerinə yetirməsinə əngəl törətməkdə şübhəli bilinərək həbs olunub.
2003-cü ilin avqust ayından etibarən indiki siyasi iqtidar tərəfindən Baş Qərargahın ikinci başçısı vəzifəsinə təyin edildim. Bu vəzifədə olduğum 2003-2005-ci illərdə cənab prezident və Baş nazirlə müxtəlif təmaslarımız olub. Yenə də həmin siyasi iqtidar tərəfindən 2006-ci ildə Quru Qoşunlarının Komandanı vəzifəsinə və 2008-2010-cu illər arasında isə Baş qərargahın rəisi vəzifəsinə təyin edildim.
Cənab prezident, Baş nazir, Milli Təhlikəsizlik Qurumunun üzvi olaraq bu hökümətin nazirləri ilə birlikdə işləmişik. İndi əlbəttə dövlətimizin kəşfiyyat imkanları var. Bu qədər vaxt siyasi nüfuzun ən böyük orqanları ilə birlikdə işləyirik və mənim indiyə qədər terror təşkilatı yaratmaq və idarə etməyimin müəyyən edilməməsi də üzərində düşünülməsi lazım olan məqamlardandır.
Mən 30 avqust 2010-cu ildə pensiyaya çıxdıqdan 1,5 il sonra belə bir ittihamla qarşı-qarşıya qaldım. Çox kədərli və başa düşülməsi çətin bir məqamdır. Nəticədə belə bir iddianı eşitmək Silahlı Qüvvələrə, ölkəyə şərəfi və ləyqaəti ilə xidmət edən biri üçün çox ağır iddadır. Bu iddianın bu cür ifadə edilməsi də mənim üçün ən ağır cəzadır. Bundan sonra daha nə cəza verilərsə, məni o qədər də kədərləndirməz. Bu qənaətə necə nail olunub? Əgər bu nəticələrlə ittiham edilirəmsə, bu həqiqətən çox incidicidir.
Bir-iki mətbuat və internet saytının xəbəri ilə ittiham edilirəmsə, bu çox ağırdır. Mənim belə bir gücüm olsaydı, 700 minlik gücü əlimdə tutan komandir olaraq bunu başqa yollarla da edərdim. Mən vəzifədə olduğum müddətlərdə hər zaman qanunlara və konstitusiyaya sadiq qalmışam".
Modern.az