Modern.az

Avro “ölür”...

Avro “ölür”...

6 Yanvar 2012, 12:17

Avrozonada baş verənlər  Avropanın vahid valyutası üçün müsbət gələcək vəd etmir.  Belə ki, son günlər avronun məzənnəsi digər valyutalara nisbətdə kəskin aşağı düşməkdədir. Dollara nisbətən mövqelərini itirən avronun manata məzənnəsi də azalmaqdadır. Azərbaycan Mərkəzi Bankı yanvarın 6-ı üçün avronun məzənnəsini 1.0042 manat müəyyənləşdirib.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı-alim Vüqar Bayramov təkcə son 6 ayda avronun dollar nisbətən məzənnəsinin 15 faiz zəiflədiyini deyir: “Cari ilin iyun ayında 1 avro 1 dolar 48 sent idisə, artıq 1 avro almaq ücün 1 dollar 27 sent ödəmək lazım gəlir. Avronun məzənnəsində bu gün son 1 ildə ən aşağı həd qeydə alınıb. Azərbaycanın valyuta bazarında avronun məzənnəsi 1 avro 1 manat məzənnəsinə yaxınlaşır. Avropadakı devalvasiya 1 avronun 1 manatdan  aşağı düşəcəyini proqnozlaşdırmağa əsas verir. Yaxın günlərdə valyuta dəyişmə məntəqələrindən avro almaq üçün manat deyil, sadəcə qəpik ödəmək lazım gələcək”.

V.Bayramovun fikrincə,  Yunanıstan və İspaniyada böhrana qarşı həyata keçirilən tədbirlərin səmərəli olmaması artıq avrozonanın gələcəyi ilə bağlı ciddi fikir ayrılığı  yaradıb.
"Aydındır ki, avrozonada qalmaq sözügedən ölkələrdə xüsüsən də Yunaınstanda dövlət xərclərinin azalmasına imkan yaratmır. Əksinə dövlət xərclərinin artımı müşahidə edilir. O baxımdan Avrozonada baş verən son proseslər avronun valyuta kimi dövriyyədən çıxarılma təhlükəsini gündəmə gətirir. Düzdür, Avropa Birliyi avronun vahid valyuta kimi istifadəsinin qorunub saxlanmasına çalışacaq. Bununla belə AB bir sıra Avropa ölkələrində xüsusən İtaliya və İspaniyada dövlət xərclərini azaltmaq üçün avronun devalvasiyasına gedəсək. Avronun məzənnəsini digər valyutalara nisbətdə aşağı salmaqla həm avrozonaya ixracı stimullaşdırmağa, həm də   devalvasiya hesabına dövlət xərclərinin bir qismini örtməyə çalışacaq”.

İqtisadçı bildirir ki, yaxın zamanlarda avronun dollara nisbətən məzənnəsinin aşağı düşməsi prosesi sürətlənəcək: “Bu avronun  manata nisbətən də məzənnəsinin azalması demək olacaq”.

Məlum olur ki,  bir sıra  ölkələr öz ehtiyatlarının bir qismini qızılda saxlamaqa çalışır: “Dünya valyuta bazarında baş verən dəyişikliklər rezervlərin valyutada saxlanması riskini artırır. Artıq Ukrayna höküməti dövlət rezervlərinin əhəmiyyətli hissəsini qızılfda saxlanmasına dair qərar qəbul edib. Dövlət Neft Fondunun da yaxın zamanlarda  avro ilə saxlanılan rezervlərin bir qisminin qızıla çevirilməsi yönündə addımlar atacağı gözləniləndir”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal