“Liverpul”un gənc sağ cinah müdafiəçisi Trent Aleksand - Arnold “Barselona” ilə oynayacaqları “Çempionlar Liqası” revanş matçı öncəsi maraqlı açıqlamalar verib.
Modern.az xəbər verir ki, mətbuat konfrasında Messi ilə bağlı gələn suala cavab veren futboçu, “Əslində Messidən çəkinmirik. Ona hörmət edirik, amma qorxmuruq. Nəticədə dünyanın ən güclü futblçusudur. İlk oyunda onu 80 dəqiqə kontrol etdik, amma sonra hamının gördüyü bir 10 dəqiqə var”.
“Barselona”nın sadəcə Messidən ibarət olmadığını deyən Arnold, “Daha çox özümüzü fikirləşirik, ağlımızda heç bir tərəddüt və qorxu olmadan meydana çıxacayıq. Hər nə qədər ilk oyun bizim üçün yaxşı olmasa da...”.
Enfilddə bir çox xüsusi və inanılmaz xatirənin olduğunu diqqət çəkən gənc futbolçu, “Hər şey ola bilər. Burda oynayırsınızsa hər ehtimala açıq olmalısınız, çünki burda gözəl günlər çox olub və bizdə buna cəhd edəcəyik. ”Barsa”nı keçə biləcəyimizə hələ də inanırıq. Əgər inanılmaz bir nəticə olacaqsa, onsuzda o Enfildin inanılmaz atmosferində olacaq. ”You’ll never wolk alone” oxunmaöa başlayanda özümüzdə fəqli bir güc hiss edirik və motivasiya oluruq. Burdakı azerkeşlər həmişə oyunun bir parçası olur”.
Qeyd edək ki, ilk görüş “Barselona”nın 3-0 hesablı qələbəsi ilə başa çatıb. ”Liverpul - Barselona” görüşü bu axşam saat 23:00-da başlayacaq.
Novruz NOVRUZLU