Fransa Senatı qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətinə cəlb etməni nəzərdə tutan sənədi yanvarın 24-də müzakirəyə çıxaracaq. Modern.az-ın məlumatına görə, bu barədə ermənilərin “News.am” saytı Parisdəki mənbəyə istinadən xəbər verib.
Qeyd edək ki, yanvarın 5-də Fransa prezidenti Nikola Sarkozi parlamentin aşağı palatasında təsdiqlənmiş sənədi Senata göndərib.
Qanun layihəsinə əvvəlcə parlament komissiyasında, daha sonra Konstitusiya Məhkəməsində baxılacaq. daha sonra məsələyə Senat baxacaq və qəbul olunsa, prezidentə göndəriləcək.
“Erməni soyqırımı”nı inkara görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsi Fransa Milli Assambleyasında 2011-ci il dekabrın 22-də qəbul olunub. Qanuna əsasən, “erməni soyqırımı”nı inkar edənlər cinayət məsuliyyətinə cəlb olunaraq 45 min avro cərimə və ya 1 il müddətinə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Modern.az