Modern.az

İqtisadi İnkişaf Nazirliyi: “Bakıda süni qiymət artımı yoxdur, əksinə, ucuzlaşma var”

İqtisadi İnkişaf Nazirliyi: “Bakıda süni qiymət artımı yoxdur, əksinə, ucuzlaşma var”

Təhsil

6 Yanvar 2012, 15:57

Məlumat verildiyi kimi,Yeni İl bayramı ərəfəsində istehlakçıların seçim imkanlarının artırılması, əhalinin artan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadi İnkişaf Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları ərzaq məhsullarının istehsalı və idxalı ilə məşğul olan sahibkarlarla birgə Bakı şəhərinin müxtəlif yerlərində satış yarmarkaları təşkil etmişdi.

Nazirlik bəyan edib ki, yarmarkalarda satışa çıxarılmış məhsulların qiyməti bazar qiymətləri ilə müqayisədə 20 faizədək aşağı olub.

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin bayramqabağı və bayram günlərində istehlak bazarında apardığı monitorinqlər zamanı süni qiymət artımı qeydə alınmadığı da bildirilib.

“Bununla yanaşı, monitorinqlərin əhatə etdiyi bir sıra ticarət məntəqələrində toyuq ətinin, yumurtanın, kərə yağının, duru yağın, marqarinin və s. malların qiymətində ucuzlaşma müşahidə olunmuşdur”-deyə nazirliyin mətbuat xidmətindən bildiriblər.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU