Modern.az

İran nüvə razılaşmasının şərtlərini icra etməyəcək

İran nüvə razılaşmasının şərtlərini icra etməyəcək

Dünya

8 May 2019, 10:03

İran Avropa Birliyi və ABŞ-la imzaladığı nüvə razılaşmasının şərtlərini icra etməyəcək. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, rəsmi Tehran ağır su və nüvə ehtiyatlarının limitini pozacaq.

 

Məsələ ilə bağlı Almaniya, Böyük Britaniya, Çin və Rusiya İranın şərtləri icra etməyəcəyi ilə bağlı bildirişlər alıblar.

İran dövləti ABŞ-ın sazişdən çıxması nəticəsində İrana dəyən zərəri kompensasiya etmək üçün konkret addımlar atmadığı üçün Tehran nüvə razılaşmasını pozmağa vadar olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?