Modern.az

Qəbul imtahanlarının doğru cavabları daha “Space”də yayımlanmayacaq 

Qəbul imtahanlarının doğru cavabları daha “Space”də yayımlanmayacaq 

8 May 2019, 10:37

Mayda keçiriləcək yaz qəbul imtahanlarında istifadə olunan tapşırıqların düzgün cavabları internet vasitəsilə canlı yayımlanacaq.

Modern.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər.

Məlumatda qeyd olunur ki, cavablar imtahan keçirilən gün DİM-in Youtube və Facebook hesabları vasitəsilə iştirakçılara təqdim olunacaq. Eyni zamanda, abituriyentlərin sualları da cavablandırılacaq.


Xatırladaq ki, qəbul imtahanlarında istifadə olunan tapşırıqların düzgün cavabları ənənəvi olaraq “Space” televiziyasında yayımlanırdı.

 

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu