Modern.az

İstanbulda keçiriləcək bələdiyyə seçkilərində AKP uduzacaq - EKSPERT

İstanbulda keçiriləcək bələdiyyə seçkilərində AKP uduzacaq - EKSPERT

8 May 2019, 14:22

Türkiyənin Yüksek Seçim Kurulu (YSK) İstanbulda bələdiyyə seçkilərinin nəticələrinin ləğv edildiyi haqda qərar çıxarıb.

İstanbulda növbəti bələdiyyə seçkiləri iyunun 23-nə təyin edilib.

 

Politoloq Qabil Hüseynli bələdiyyə seçkilərinin yenidən keçirilməsi və ümumi vəziyyət barədə Modern.az- a danışıb.

 

“Türkiyə tarixində ilk dəfədir ki, İstanbulda seçkilərin nəticələri ləğv edilir. Bu doğrudan da xoşagələn hal deyil. Ən qəribəsi də odur ki, ortaya heç bir səbəb qoyulmur. Seçki nəticəsi ləğv edilir, lakin əsas gətirilmir. Sadəcə olaraq şübhəli durumların olduğu qeyd edilir . Məsələnin kökündə nəyin durduğu açıq şəkildə göstərilmir. Seçkilərin nəticələrinin ləğv edilməsi Türkiyəyə böyük zərbə vurdu.  Artıq orada maliyyə böhranının əlamətləri görünür. Dollarla lirənin nisbətində kəskin sıçrayış əmələ gəlib. Belə ki, dollar əvvəlki qiymətlə  müqayisədə bahalaşıb.

 

Seçkilərin yenidən təşkil edilmə qərarını YSK  alıb ki, bu da vaxtı keçmiş qurumdur. Bir ildən artıqdır ki, sadəcə prezidentin vaxtı uzatmağına görə fəaliyyət göstərir.  Qurumun 11 üzvü olsa da qərar qəbul edilikdə 7 üzv vardı. Çünki qalan üzvlər həbs edilib. 7 üzvdən də 4-ü məcburiyyət qarşısında qərarın qəbul edilməsinə razılıq verdi.

 

Ekspert iyunun 23-də keçiriləcək seçkilərdə kimin qalib gələcəyi haqda da proqnoz verib.

 

Q.Hüseynli deyib ki, seçkilər şəffaf olsa, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qələbə qazanacağı sual altındadır.

 

“Nəticələr düzgün hesablanarsa,  demokratiya çox da zərər çəkməyəcək. Cəmiyyətdə, xüsusilə ziyalılar arasında buna reaksiya çox böyükdür. Hazırda Əkrəm İmamoğlu AKP namizədindən iki dəfə qabaqdadır.

 

Türkiyə qəzetinin yazarı belə bir fikir işlədib ki, seçkilərin ləğvini kim təşkil edibsə, Əkrəm İmamoğluna ən azı 1 milyon yarım seçici səsi bağışlamalıdır. Seçki komitəsi, rəhbərlərinin seçilməsi və nəzarət sisteminin necə təşkil eilməsi də maraq dairəsindədir”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama