Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) “Eurovision 2012” Mahnı Müsabiqəsinin Təşkilat Komitəsinə könüllü olaraq cəlb olunmaq istəyən və ərizə forması ilə müraciət edən şəxslər gənclər arasında seçim turu keçirib.
ARGTMŞ-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, seçim turu 2-6 yanvar 2012-ci il tarixlərini əhatə edib. Milli Şuradan bildirilib ki, seçimlər zamanı gənclərlə bağlı xarici dilləri bilmə, etik davranış qaydalarına dair bacarıqlar, tolerantlıq, motivasiya, liderlik qabiliyyəti kimi kriteriyalar əsas götürülüb.
Seçim turuna bu gün yekun vurulub.
“Eurovision 2012” Mahnı Müsabiqəsi bu ilin mayında Bakıda keçiriləcək.
Modern.az