Modern.az

Eynulla Fətullayev 2 mindən artıq jurnalist qarşısında çıxış edəcək

Eynulla Fətullayev 2 mindən artıq jurnalist qarşısında çıxış edəcək

9 Yanvar 2012, 11:49

1988-ci ildən bu günə kimi hər il toplaşan Skandinaviya festivalı ən möhtəşəm dünya jurnalist tədbirlərindən biri sayılır. Bu il Skandinaviya Jurnalist Festivalı Norveçdə martın 9-dan 12-nə qədər keçiriləcək. 45 sessiyadan ibarət forumda dünyanın müxtəlif ölkələrdən dəvət almış 2 minə yaxın jurnalist iştirak edəcək. Bu forum dünya mediasının aparıcı simalarının bir yerdə toplanması üçün vasitədir və bu dəfə əsas müzakirəyə çıxarılan mövzular - kütləvi informasiya vasitələrinin siyasəti, rəqəm texnologiyalarının inkişaf dinamikasının mediada tətbiqi, mətbuat azadlığının, etikasının və qərarların proqramlaşdırılması və inkişafıdır. Tədbirdə məruzəçilər sırasında “Gardian” qəzetinin redaktoru Alan Rasbridger, “Nyu-York Times”in multimedia üzrə redaktoru Andryu de Vigal, “Sunday Times”in icraçı redaktoru Tristan Devis, CNN telekanalının prezidenti Kris Kramer və digər məşhur simalar var.

Tədbirə dəvət almış məruzəçilər arasında Azərbaycandan olan jurnalist Eynulla Fətullayevdir. Həmkarımız dünyada ifadə azadlığı mövzusu ətrafında xüsusi məruzə ilə çıxış edəcək.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal