Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə yanvarın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Axşam havanın tutqun olacağı gözlənilir. Cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 4-6 dərəcə isti, gündüz 7-10 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında isə yanvarın 10-da hava şəraitinin əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 10-15 dərəcə şaxta olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnozlara əsasən yanvarın 10-dan 12-dək Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi müsbət amil olsa da, atmosfer təzyiqinin xeyli tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
Modern.az