Modern.az

Ukraynanın yeni prezidenti məhkəməyə çağırıldı

Ukraynanın yeni prezidenti məhkəməyə çağırıldı

13 May 2019, 14:32

Ukraynanın yeni prezidenti Vladimir Zelenski Kiyev məhkəməsinə çağırılıb.

 

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, o, seçkiqabağı təbliğat kampaniyası zamanı qanun pozuntusunda ittiham olunur.

 

Məhkəmə işinə bu gün saat 13:45-də baxılacaq. Onu seçki bülletenini jurnalistlərə göstərdiyi üçün minimum əmək haqqının 30-50 misli həcmində cərimə gözləyir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?