Modern.az

Ramazan ayı əslində mayın 7-də başlamalıymış?.. - MÜBAHİSƏ

Ramazan ayı əslində mayın 7-də başlamalıymış?.. - MÜBAHİSƏ

13 May 2019, 16:07

Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) verdiyi fətvaya əsasən, təzə ay göründüyü andan etibarən Ramazani-şərif başlayır. QMİ bu il niyyət gecəsinin mayın 5-dən 6-a keçən gecəyə düşdüyünü bəyan etmişdi. Lakin əksəriyət  təzə ayın  mayın 7-i göründüyünü iddia edir. Belə olan halda orucluğun dəqiq olaraq hansı gündə başladığı şübhə doğurur.
Sosial şəbəkələrdə QMİ-nin fətvanı bir gün tez verdiyi haqda xəbərlər dolaşır.


Məsələylə bağlı ilahiyyatçı Elşad Miri Modern.az-a açıqlama verib.


“Bəziləri deyir ki, təzə ay mayın 6-sı bəziləridə deyir 7-si görünüb. Orucun əsas mahiyyəti qalıb bir kənarda,  tarix, dəqiqə söhbəti edirlər. Belə olan halda, biz orucu əsas mahiyyətindən uzaqlaşdırırıq. Bu məsələləri bir kənara qoymalıyıq. Ramazan ayı Quranın nazil olduğu aydır, öyrənməliyik Quran nədir... Ac-susuz qalmaqla oruc tutmağın məğzi dərk edilmir. Peyğəmbərin də gözəl bir sözü var, “Elə oruc tutmayın ki, sizə yalnız aclıq və susuzluq qalsın”.


Elşad Miri bildirir ki, Qafqaz Müsəlmanlar İdarəsinin gündəmdə qalması üçün bu tip məsələləri ortaya atırlar.


“Hamı üçün qəbul olunmuş vaxt standartları var. Bu standartlara da əsasən, orucun başlama və bitmə vaxtı yəni, bayram günləri bilinir. Məsələni mübahisəyə çevirmək, ayın əsas anlamından uzaqlaşmaq düzgün deyil”.


Qafqaz Müsəlmanlar İdarəsindən deyilənlərə münasibət öyrənmək mümkün olmadı...

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama