Modern.az

İranda ABŞ vətəndaşı haqda ölüm hökmü çıxarılıb

İranda ABŞ vətəndaşı haqda ölüm hökmü çıxarılıb

9 Yanvar 2012, 13:50

İran məhkəməsi ABŞ vətəndaşını Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) işləməkdə təqsirli bilərək barəsində ən ağır cəza – ölüm hökmü çıxarıb. Modern.az saytı İran agentliklərinə istinadən məlumat verir ki, Əmir Mirzə Hikməti ölkənin maraqlarına zidd olaraq MKİ-yə casusluq etdiyinə görə tutulub. Ölüm hökmünün hansı formada həyata keçiriləcəyi bəlli deyil.

İran qanunlarına görə, casusluq ən ağır cinayət hesab edilir və bu səbəbdən təqsirli bilinən şəxslər barəsində ölüm hökmü çıxarılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal