Modern.az

İnsan, gəmi və təyyarələrin yox olduğu şeytan üçbucağının mistik SİRRİ

İnsan, gəmi və təyyarələrin yox olduğu şeytan üçbucağının mistik SİRRİ

Aktual

14 May 2019, 16:28

Bermud üçbucağında baş verən qeyri-adi əhvalatlar barədə eşitməyən yoxdur. Amma müxtəlif əşyaları və hətta insanları udan bu üçbucağın necə bir zona olduğunu çox az adam bilir. Əslində, Bermud üçbucağı Atlantik okeanın yerləşir.

 

 

Modern.az bu sirli yaxud naməlum yer haqqında maraqlı məlumatları təqdim edir:

 

Bermud üçbucağı (və ya Şeytan üçbucağı) — Atlantik okeanın şimalında Florida, Bermud adaları və Puerto Rikonu birləşdirən şərti xətlərin əhatə etdyi üçbucaq ərazidir. Bermud üçbucağı burada çoxlu itmiş obyektlərə görə sirli yer və anomal zona sayılır. Şeytan üçbucağı və ya Şeytan dənizi kimi tanınan Bermud üçbucağı okeanın təqribən 1.2 milyon km2 sahəsini tutur. Bu sahə gəmilərin, qayıqların və təyyarələrin itdiyi yüksək qəza bölgəsi kimi qeyd edilib.

 

 

1945-ci ildə ABŞ-a məxsus hərbi təyyarə eskadrilyası ilə bağlı mistik hadisə ən məşhur əhvalatlardan biridir. İçərisində 14 ekipaj üzvü olan beş bombardmançı təyyarə məşq uçuşu zamanı radarın ekranından yoxa çıxıb. Sonra 13 heyət üzvü ilə onların axtarışına yollanan təyyarə də ilim-ilim itib. Bu ilk anormal hadisə 1946-ci ildə amerikalı yazıçı Vinsent Qaddisin təyyarələnin itməsi haqqında yazdığı məqalənin dərc edilməsi ilə başlayır.

 

Bundan sonra da bir neçə hadisələr olub, amma bu haqda çoxlu mülahizələr var. Bəzi araşdırmaçılar bunları uydurma, əfsanə kimi adlandırılar və bu olanları qəbul etmirlər. Bəziləri isə həqiqətəndə burada okeanın dibində təbii qazların olduğunu deyirlər və bu üçbucağın yerləşdiyi bölgədə təbii qaz mənbəyi sudan xaric olur və bu ərazidə suyun sıxlığı azalmağa başlayır və onun üzərindən keçən su nəqliyyat vasitələri uçuruma düşdükləri zaman okeanın altına düşürlər. Yüksələn davam edən qazlar havanın sıxlığını azaldırlar. Buna görə havadan gələn təyyarələr bu ərazidən keçmək üçün kifayət qədər oksigen əldə edə bilmir.

Təyyarə və gəmilər çox vaxt bu ərazidə pilot və kapitanların yol verdikləri səhvlərə görə qəzaya uğrayırlar, hərçənd çoxları bu hadisələri həmin zonadakı müxtəlif anomaliyalar ilə bağlamaq cəhdlərindən əl çəkmirlər. Bermud üçbucağı zonasında olanların çoxu müşahidə edib ki, kompas özünü qəribə aparır, yanlış göstərir, yaxud tamamilə sıradan çıxır.  

İngiltərə Sauthempton Universitetinin mütəxəssisləri bu yerin sirrinin dalğalardan ibarət olduğunu açıqlayıb.

 

Belə ki, qəzalara səbəb olaraq həmin bölgədə hündürlüyü 30 metrə qədər çatan ani dalğaların yaranması göstərilib. Həmin dalğalar isə burulğan forması alaraq həmin an oradan keçən gəmi və təyyarələri özünə çəkməyə başlayır.

İllər boyunca burada baş verən bir çox qəribə hadisələr haqqında dəqiq informasiya verilməyib və dərc edilməyib. Rabitənin çox inkişaf etmədiyi vaxtlarda bu cür hekayələrin danışıldığı məlumdur. 1960-cı illərdən sonra bu bölgədə batan gəmi və təyyarələrin yoxa çıxması xeyli azalıb.

Ümumiyyətlə, isə Bermud üçbucağının Vinsent Qaddisin (jurnalist) təxəyyülünün məhsulu olduğunu düşünənlər də az deyil. Belə bölgələrin Yaponiya və Leyk Ontario ştatının yaxınlığında da olduğu iddia edilir, ancaq görüntü odurki, hələ də elm aləmində bu haqda cox mülahizələr davam edəcək.

 

Qeyd edək ki, bu vaxta qədər “Bermud üçbucağı”nda təqribən 200-ə yaxın qəza olub. 100-ə yaxın gəmi və təyyarə yoxa çıxıb, 8127 nəfər itkin düşüb.

 

Novruz NOVRUZLU

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı