Türkiyəni “Eurovision-2012” Mahnı Müsabiqəsində təmsil edəcək ifaçının adı müəyyənləşib.
Modern.az Türkiyənin “Sabah” qəzetinə istinadən bildirir ki, uzun mübahisələrdən sonra TRT kanalı Bakıda keçiriləcək yarışamada Türkiyəni təmsil edəcək şəxsin Can Bonomo olmasına qərar verib.
Daha əvvəl Türkiyəni bu müsabiqədə təmsil etmək üçün Kıraç, Atiyə və Hande Yenerin adları hallanmışdı.
İzmirdə anadan olan Can Bonomo musiqiyə 8 yaşından gitara çalmaqla başlayıb. İlk “Meczup” musiqi albomunu 2011-ci ilin yanvarında çıxarıb.
Modern.az