Modern.az

“Evrovision-2012”nin milli seçimlərində 7-ci həftənin iştirakçıları çıxışa başlayır - SİYAHI

“Evrovision-2012”nin milli seçimlərində 7-ci həftənin iştirakçıları çıxışa başlayır - SİYAHI

9 Yanvar 2012, 17:07

Azərbaycanı «Eurovision-2012» Mahnı Müsabiqəsində təmsil etmək istəyən iddiaçıların yarışı davam edir. İctimai Televiziyada Milli Seçim turunun 7-cı həftəsində Azərbaycanı 2012-ci ildə  Evrovision Mahnı Müsabiqəsində təmsil etmək istəyən növbəti «9-luq» 5 gün müddətində İctimai Televiziyanın canlı efirində yarışacaq.  

Bu həftənin iştirakçıları Erkin Osmanlı, AD Gioriam, Ayla İdrisova, Kamran Abdullayev, Səbinə Babayeva, Xana Həsənova, Xəyal Tağıyev, Natiq Bağırov, Azər Səlimlidir.

Avropanın ən nüfuzlu mahnı müsabiqəsində  ölkə təmsilçiliyinə namizədlər həftənin 5 günündə İctimai Televiziyanın canlı efirində milli seçim turunun xüsusi proqramını yerinə yetirəcəklər. Seçim turunun proqramına əsasən bu gün onlar dünya estradasından mahnılar ifa edəcəklər. 

Qeyd edək ki, Azərbaycanı «Eurovision-2012» Mahnı Müsabiqəsində təmsil etmək istəyən namizədlər növbəti 1 həftə ərzində də İctimai Televiziyanın canlı efirində yarışacaq. Qalibin seçimində  müsabiqənin qaydalarına uyğun olaraq münsiflər heyətinin rəyi tamaşaçılarla eyni nəzərə alınır.

Xatırladaq ki, artıq 6 yarımfinalçı məlumdur. Onlar Orxan Kərimli, Məryam Kərimova, Xəyyam Mustafazadə, Fəqan Səfərov, Elton İbrahimov və Adil Baxışlıdır. 


Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal