Modern.az

İlham Əliyevlə Sərkisyanın Soçidə görüşünün vaxtı açıqlanıb

İlham Əliyevlə Sərkisyanın Soçidə görüşünün vaxtı açıqlanıb

10 Yanvar 2012, 14:16

Rusiya prezidenti Dmitri Medvedevin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti görüşü yanvarın 23-24-də Soçidə  keçiriləcək.

Modern.az-ın “Armtudey”ə  istinadən yaydığı məlumata görə, üçtərəfli formatda keçiriləcək görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolları müzakirə ediləcək.
Qeyd edək ki, Rusiya prezidenti Dmitri Medvedevin vasitəçiliyi ilə prezidentlər son dəfə ötən ilin iyunun 24-də Kazanda  görüşüblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal