Avropa İttifaqı İran neftinə embarqo barədə qərarını yanvarın 23-də Brüsseldə keçiriləcək xarici işlər nazirlərinin görüşündə qəbul edəcək. Modern.az İTAR-TASS agentliyinə istinadən bildirir ki, bu barədə yüksək vəzifəli diplomat xəbər verib.
“Avropa Birliyi üzvü olan ölkələrin XİN başçılarının görüşünün yanvarın 30-dan 23-nə keçirilməsi artıq qərara alınıb. 27 ölkə İran neftinə qadağa ilə bağlı razılıq verib. Həmin görüşdə bu təsdiq olunacaq”-deyə adının çəkilməsini istəməyən diplomat vurğulayıb.
Qeyd edək ki, AB ölkələri neft ehityaclarının 40 faizini İrandan alırlar.
X.SƏFƏROĞLU