Modern.az

Koçaryanı azadlığa buraxan hakim Paşinyanın istefasını istədi

Koçaryanı azadlığa buraxan hakim Paşinyanın istefasını istədi

21 May 2019, 10:01

“Mən yalnız Paşinyan istefa verərsə, istefaya gedəcəm, ya da 65 yaşım tamama olana qədər hakim qalacam”.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Apellyasiya Məhkəməsinin hakimi Aleksandr Azaryan açıqlama verib .

 

Azaryan 2018-ci il avqustun 13-də eks-prezident Robert Koçaryanı azadlığa buraxmışdı. O bunu sabiq prezidentin toxunulmazlıq hüququ ilə əsaslandırmışdı.

 

Ermənistan baş naziri Nikol Paşinyan mayın 20-də ölkədə bütün məhkəmələri bloklamağa çağırış etmişdi.  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?