Modern.az

Nazirlik: Şəhərin mərkəzi küçələrinə giriş qadağası yoxdur

Nazirlik: Şəhərin mərkəzi küçələrinə giriş qadağası yoxdur

Aktual

21 May 2019, 16:45

“Bizdə küçələrin bağlanması ilə bağlı hər hansı bir məlumat yoxdur”.

 

Bu sözləri Modern.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov deyib. O bildirib ki, Nazirlik küçələrin bağlanması ilə bağlı hər hansı məlumat yayılmayıb.

 

Qeyd edək ki, yayılan məlumatda UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə əlaqədar mayın 25-dən 31-dək paytaxtın bəzi mərkəzi küçə və meydanlarında, xüsusən də Nizami ("Tarqovı") və İstiqlaliyyət küçələrində, Fəvvarələr meydanında vətəndaşların sıx hərəkətinə, eləcə də “Respublika Günü” ilə əlaqədar “İstiqlaliyyət” küçəsindəki abidəni ziyarətə gəlmələrinə məhdudiyyətlər qoyulacağı bildirilib.

Sizə yeni x var
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı