Modern.az

Zelenski biznes ortağını özünə köməkçi təyin etdi

Zelenski biznes ortağını özünə köməkçi təyin etdi

Aktual

22 May 2019, 00:22

Ukrayna Prezidenti Vladimir Zelenski özünə köməkçi təyin edib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, Zelenski birinci köməkçisi postunu  biznes ortağı Sergey Şefirə etibar edib.

Məlumata görə, bu barədə fərman mayın 21-də Prezidentin rəsmi saytında dərc edilib.

Qeyd edək ki, Sergey Şefir konsert təkilatçılığı ilə məşğul olan “Studii Kvartal 95” şirkətinin təsisçisi və Zelenski ailəsinin biznes ortağıdır. O, biznes - konqlomerata daxil olan 10 şirkətə nəzarət edir. Şefir müsahibələrindən biri zamanı qeyd edib ki, Zelenski prezident seçkiləri ərəfəsində öz biznes payını ona və qardaşı Borisə təhvil verib.

Qeyd edək ki, Zelenski oliqarx İqor Kolomoyskinin şəxsi vəkili olan Andrey Boqdanı Prezident Administrasiyasına rəhbər təyin edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi