Modern.az

Azərbaycan və Ermənistan sərhədində monitorinq keçiriləcək

Azərbaycan və Ermənistan sərhədində monitorinq keçiriləcək

22 May 2019, 09:25

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller keçirəcəklər.

Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Oqnyen Yoviç və Gennadi Petrika keçirəcəklər.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi