Modern.az

“Səbail” ilk yay transferini həyata keçirib

“Səbail” ilk yay transferini həyata keçirib

22 May 2019, 21:59

"Səbail" klubu ilk yay transferini həyata keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə  klubun rəsmi "Facebook" səhifəsində məlumat verilib.

 

Məlumata görə, "Zirə"dən ayrılan qapıçı Kamal Bayramovla müqavilə bağlanılıb. Sözləşmə gələn mövsümün sonunadək nəzərdə tutulub.

 

Qeyd edək ki, "Səbail" 2018-2019 mövsümündə Azərbaycan Premyer Liqasının bürünc medalçısı kimi tarixində ilk dəfə Avropa Liqasına vəsiqə qazanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu