Modern.az

Elxan Şükürlü: “İstefam siyasətdən getməyim demək deyil”

Elxan Şükürlü: “İstefam siyasətdən getməyim demək deyil”

Ölkə

12 Yanvar 2012, 12:30

Ədalət Partiyası sədrinin sabiq müavini Elxan Şükürlü partiyadan istefa verdikdən sonra onun yeni qəzet açacağı xəbəri yayılıb.

Modern.az-a açıqlamasında E.Şükürlü bildirib ki, partiyadan istefa verəndə jurnalistika ilə məşğul olacağını deyib: “Bu, qəzetmi olacaq, internet mediasımı olacaq, müstəqil jurnalist kimimi olacaq, bütün bunları gələcək göstərəcək”.

Siyasi fəaliyyət məsələsinə gəlincə, E.Şükürlü onun istefasının siyasətdən çəkilməsi kimi dəyərləndirmə ilə razılaşmır: “Ancaq indi daha çox şəxsi işlərimlə məşğulam. Elmi xarakterli araşdırmalar aparıram. Amma  buna baxmayaraq, siyasətdən çəkilməmişəm. Baş verən hadisələri izləyirəm. Gələcəkdə necə olacağını isə Allah bilir”.

“Ədalət Partiyasına qayıtmaq fikriniz varmı” sualına isə E.Şükürlü belə münasibət bildirib: “Oradakılar mənim sabiq partiya yoldaşlarımdır və onların hər birinə hörmət edirəm. Onlara uğurlar arzulayıram. Amma yenidən ora qayıtmaq fikrim yoxdu”.

Anar Kəlbiyev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər