Modern.az

Parlamentdə adlar və soyadlar müzakirə olunacaq

Parlamentdə adlar və soyadlar müzakirə olunacaq

Parlament

12 Yanvar 2012, 15:36

Yanvarın 15-də Milli Məclisin deputatlarının tətil müddəti başa çatır. Bundan sonra komitələrin iclası başlayacaq. Fevralın 1-dən isə yaz sessiyasının plenar iclası start götürəcək.

Modern.az yaz sessiyası üçün komitələrdə hansı məsələlərin müzakirə olunacağı ilə bağlı araşdırma aparıb.

Milli Məclisin Mədəniyyət komitəsinin yaz sessiyasında xeyli müzakirə edəcəyi sənəd var. Bu barədə komitənin sədri Nizami Cəfərov saytımıza məlumat verib.

O, qeyd edib ki, komitədə “Mədəniyyət haqqında” qanuna yenidən baxacaqlar: “Komitəmiz Mədəniyyət və Turizm Nazirliyi ilə birgə bu qanunu yenidən işləyib. Yaz sessiyasının plenar iclasları başlamazdan öncə biz bu məsələni komitədə geniş müzakirə edəcəyik”.

Komitə rəhbəri bildirib ki, bundan başqa, “Muğam sənəti haqqında” qanun layihəsini ötən sessiya zamanı plenar iclasa tövsiyyə ediblər: “Aşıq sənəti haqqında” da qanun layihəsi hazırlanır. Bu da maraqlı məsələlərdən biridir. Azərbaycanın böyük mədəniyyət mərkəzləri barədə də qanun layihəsi hazırlamağı düşünürük. Eyni zamanda adlar və soyadlar məsələsinə yenidən qayıtmaq niyyətimiz var. Bu məsələni müzakirə edəcəyik”. 

Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev bildirib ki, komitələrinin hazırladığı bir sənədi yaz sessiyasında da müzakirə edəcəklər: “Bu, bələdiyyələrin hesabatı ilə bağlı qanun layihəsidir. Ancaq qanunvericilik təşəbbüsü imkanında olan tərəflərdən komitəmizə hər hansı sənəd daxil olacacaqsa, təbii ki, biz onu da müzakirə edəcəyik”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım