Modern.az

Eynulla Fətullayev öz təşkilatında tanınmış adamlara iş verdi

Eynulla Fətullayev öz təşkilatında tanınmış adamlara iş verdi

Qarabağ

12 Yanvar 2012, 15:47

Zəfər Quliyev, Müslimat Rzaxanova və Elçin Sadıqov "İnsan Haqları Uğrunda" İctimai Birliyində

Tanınmış politoloq Zəfər Quliyev Eynulla Fətullayevin rəhbərlik etdiyi "İnsan Haqları Uğrunda" İctimai Birliyində təsis edilmiş analitik xidmət üzrə departamentin rəhbəri təyin edilib. İctimai Birlikdən Modern.az-a verilən məlumata görə, politoloq əsasən bu yaxınlarda ictimai birlik tərəfindən ifadə azadlığı və demokratiya böhranı yaşanan ölkələrdə başlanacaq beynəlxalq monitorinq prosesinin nəticələrinin təhlili üzrə qrupa daxil olacaq.
"Yeri gəlmişkən, bu proqramla bağlı yaxınlarda ictimaiyyətə geniş məlumat veriləcək".

Eyni zamanda, məlum olduğu kimi son zamanlar "İnsan Haqları Uğrunda" İctimai Birliyin xüsusi monitorinq qrupu həbsxanalarda və cəzaçəkmə müəssisələrində monitorinqlər keçirir, məhkumların saxlanma şəraitinin Avropa Penitensiar Qaydalarına uyğunluğunu yoxlayır.
Birliyin qarşısında duran ən prioritet məsələlərdən biri də - Qobustan qapalı həbsxanasında saxlanan ömürlük məhbusların hüquqlarının müdafiəsidir. Bununla əlaqədar olaraq, Birliyin ömürlük məhbuslarla bağlı departamenti yaradılıb və departamentin rəhbəri vəzifəsinə Qobustan həbsxanasında saxlanan məhkumların ailələrinin komitəsinin sədri Müslimat Rzaxanova təyin edilib.

Eyni zamanda tanınmış vəkil Elçin Sadıxov Birliyin hüquq departamentinin rəhbəri təyin edilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu