Modern.az

Saakaşvili bu gün Ukraynaya qayıdır

Saakaşvili bu gün Ukraynaya qayıdır

Dünya

29 May 2019, 13:01

Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili bu gün Kiyevə gedəcək.

 

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, hazırda Varşavada olan Saakaşvili Ukrayna vətəndaşlığının ona qaytarılmasından danışıb.

“Mən heç yerdə reklam etmədən, prezident administrasiyasına vətəndaşlığımın qaytarılması üçün məktub yazdım”.

 

“Evinə qayıtdığı”nı elan edən Saakaşvili heç bir şəxsi məqsəd güdmədiyini, sırf Ukraynanın inkişafı və ayağa qalxması üçün çalışacağını elan edib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?