Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Varşavadakı Ukrayna səfirliyində yeni şəxsiyyət vəsiqəsini alıb.
Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, hazırda Varşavada olan Saakaşvili 19:00-a planlaşdırılan Varşava - Kiyev reysi ilə Ukraynaya geri dönəcək.
Məlumata görə, Saakaşviliyə müvəqqəti şəxsiyyət vəsiqəsi verilib.