Türkiyədə Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) qurucusu Rauf Denktaşın vəfatı ilə bağlı ümummilli matəm elan olunub.
Türkiyə mediası məlumat verir ki, bununla bağlı Türkiyə Nazirlər Kabineti qərar verib. Bu gündən başlanan matəm Rauf Denktaş dəfn olunacağı gün bitənə qədər davam edəcək.
Bununla bağlı Türkiyədə, dövlətin bütün xarici təmsilçiliklərində bayraqlar endiriləcək.
Qeyd edək ki, Rauf Denktaş yanvarın 17-də torpağa tapşırılacaq.
Bu arada ŞKTC-nin qurucu prezidenti Rauf Denktaşın vəfatına Kipr yunanları xüsusi reaksiya veriblər. Kiprdə çıxan qəzetlər onun ŞKTC-nin qurucusu olduğunu, Kiprin 40 faizini işğal etdiyini, tanınmamış türk dövlətinin yunanlar əleyhinə cinayətlər törtdiyini qeyd edib, 88 yaşlı ixtiyar adamın vəfatına görə sevindiklərini gizlətməyiblər.
Modern.az