Modern.az

Gürcüstan Saakaşvilinin ekstradisiyasını tələb edib

Gürcüstan Saakaşvilinin ekstradisiyasını tələb edib

30 May 2019, 16:52

Gürcüstan Baş Prokurorluğu sabiq prezident Mixail Saakaşvilinin Ukraynadan ekstradisiyasını tələb etməkdə davam edəcək.

 

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə prokuror Koka Katsidadze deyib.

 

“Vətəndaşlığın itirilməsi və qaytarılması cinayət işi ilə bağlı deyil. Mixail Saakaşvili mütləq etdiklərinə görə məhkəmə qarşısında cavab verməli olacaq”.

 

Xatırladaq ki, Mixail Saakaşvili Gürcüstanda “vəzifə səlahiyyətlərini aşmaqda” və “korrupsiya”da ittiham olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?