Modern.az

Türk tankeri partladı, 4 azərbaycanlıdan 1-i həlak oldu

Türk tankeri partladı, 4 azərbaycanlıdan 1-i həlak oldu

Təhsil

15 Yanvar 2012, 23:30


Albaniyanın Durres şəhərinin sahili yaxınlığında lövbər salan bir türk tankerində güclü partlayış baş verib. Hadisə gəminin batmasına səbəb olub. 15 heyət üzvünün olduğu gəmidə 3 nəfər ölüb, 12 nəfəri isə xəstəxanaya aparıblar.

Modern.az
“Cihan” Agentliyinə istinadən xəbər verir ki, gəmidəki 3 nəfər türk sağ-salamat xilas olub. Ölənlərdən birinin Azərbaycan, digər ikisinin isə Gürcüstan vətəndaşı olduğu bildirilir.

Verilən məlumatda “Edirne” adlı gəminin Albaniyada təmir edildiyi və yeni bir səfər üçün hazırlandığı qeyd olunur. Xilas olan heyət üzvləri bildiriblər ki, 3 dəfə dalbadal baş verən partlayışa təmizlik işləri zamanı qaz sıxılması səbəb olub. Ölən 3 nəfərdən biri gəminin kapitanıdır.
Məlumata görə, gəmidə 3 türk, 6 gürcü, 4 azərbaycanlı və 2 ukraynalı daxil 15 nəfər olub.

Modern.az  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal