Modern.az

Ermənilər atəşkəsi pozur, ATƏT isə cəbhə xəttində yeni monitorinqə hazılaşır

Ermənilər atəşkəsi pozur, ATƏT isə cəbhə xəttində yeni monitorinqə hazılaşır

Təhsil

16 Yanvar 2012, 11:15

Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 15-də saat 10.00-dan 10.10-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;

 - saat 11.55-dən 12.00-dək və 18.20-dən 18.30-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Seyidəhmədli kəndi yaxınlığında yerləşən mövqelərdən;

- saat 21.50-dən 22.00-dək Ağdam rayonunun Şuraabad kəndi yaxınlığında yerləşən mövqelərdən;

- yanvarın 16-da saat 01.30-dan 01.45-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

 
***

 ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq yanvarın 17-də Azərbaycan Respublikasının Xocavənd rayonunun Kuropatkino kəndinin ştmal-qərb istiqamətindəki qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin əlaqələndiricisi İmre Palatinus, səhra köməkçisi Xristo Xristov və şəxsi köməkçi Uilyam Praroy keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, onun səhra köməkçiləri Antal Herdiç və Marius Puodziunas keçirəcəklər.
Bu barədə Modern.az-a Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu bildirib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal