Modern.az

Azərbaycanda siyasi məhbuslar məsələsi AŞPA-nın gündəliyində

Azərbaycanda siyasi məhbuslar məsələsi AŞPA-nın gündəliyində

16 Yanvar 2012, 11:38

Məlum olduğu kimi, 26 yanvar 2012-cı il tarixdə Avropa Şurası Parlament Assambleyasının qış sessiyası çərçivəsində keçiriləcək İnsan Haqları və Hüquq Məsələləri üzrə Komitənin iclasının gündəliyinə Azərbaycanda siyasi məhbuslar məsələsi də əlavə olunub. Bu təşəbbüslə AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi K.Ştrasser şəxsən çıxış edib və onun təşəbbüsü komitənin
rəhbərliyi tərəfindən təsdiq edilib. Komitənin iclasında məruzə ilə çıxış etmək üçün Azərbaycanın vətəndaş cəmiyyətinin təmsilçisi, "İnsan Haqları Uğrunda" İctimai Birliyinin sədri Eynulla Fətullayev dəvət edilib.

Komitə həm də Azərbaycanın AŞPA-daki nümayəndə heyətinin rəhbəri Səməd Seyidovu da məruzəçi qismində iclasa dəvət edib.
Bu barədə Modern.az-a "İnsan Haqları Uğrunda" İctimai Birliyinin ictimaiyyətlə əlaqələr üzrə
departamentindən məlumat verilib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal