Modern.az

Putin məşhur azərbaycanlının adını əbədiləşdirdi - SƏRƏNCAM

Putin məşhur azərbaycanlının adını əbədiləşdirdi - SƏRƏNCAM

31 May 2019, 13:38

Rusiya prezidenti Vladimir Putin ölkədəki hava limanlarına məşhur şəxslərin adının verilməsi barədə sərəncam imzalayıb.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, sərəncama əsasən, məşhur azərbaycanlı geoloq, Sibirdə zəngin neft yataqları aşkarlayan Fərman Salmanovun adı rəsmən Surqut hava limanına verilib.

 

Xatırladaq ki, 2018-ci ilin dekabrında Rusiyada ümumxalq səsverməsinin nəticələrinə əsasən, Fərman Salmanovun (1931-2007) adının Surqut hava limanına verilməsi istənilmişdi. Rusiya prezidentinin bugünkü sərəncamı tarixi hadisəni rəsmiləşdirib.    

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?