Modern.az

Nazirlikdən xəbərdarlıq: “Yanvarın 17-dən 19-dək havadan ehtiyatlı olun”

Nazirlikdən xəbərdarlıq: “Yanvarın 17-dən 19-dək havadan ehtiyatlı olun”

16 Yanvar 2012, 14:04

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumatına görə bu gün və sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Şimal-qərb küləyinin güclənməsi gözlənilir. 
Havanın temperaturu gecə 2-5 dərəcə isti, gündüz 6-9 dərəcə isti, axşam 2 dərəcəyə yaxın olacağı gözlənilir. 

Azərbaycanın rayonlarında yanvarın 17-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 1-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 10-15 dərəcə şaxta təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, yanvarın 17-dən 19-dək Abşeron yarımdasında küləkli hava şəraiti fonunda soyuq temperatur diskomfortu meteohəssas insanlar üçün əsasən əlverişsizdir. 

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal